Daşkəsən rayonunda sərxoş halda qayadan yıxılıb çaya düşən və orada ölən şəxsin adı məlum olub.
Unikal.org report-a istinadən xəbər verir ki, bu Vahabov Mustafa Həsən oğludur.
Belə ki, M.Vahabov istirahət edən zaman spirtli içki qəbul edib və sərxoş vəziyyətdə qayadan ayağı sürüşərək çaya düşüb.
Hüquq-mühafizə orqanları hadisənin baş verdiyi ərazidə baxış keçirib.
***17:36
Daşkəsən rayonunda sərxoş kişi qaydan yıxalaraq çaya düşüb.
Unikal.org report-a istinadən xəbər verir ki, Kəmərqaya kəndi ərazisində baş verib.
Belə ki, istirahət etməyə gələn şəxs yeyib-içdikdən sonra sərxoş olub. Hələlik adı məlum olmayan şəxs qayadan yıxılıb və çaya düşərək ölüb.
Onun meyiti bu gün çaydan taplıb və çıxarılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.