Bərdə rayonunda 7 yaşlı uşaq it dişləməsi nəticəsində dünyasını dəyişib.
Unikal.org "Reporta istinadən xəbər verir ki, hadisə rayonun Lək kəndində baş verib.
Kənd sakini, 2010-cu il təvəllüdlü Hüseynov Üzeyir Şahin oğlunu bir
neçə gün əvvəl it dişləyib. Valideynləri uşağı dərhal xəstəxanaya
aparıblar, lakin orada bildirilib ki, alınan yaranın uşaq üçün həyati
təhlükəsi yoxdur. Evdə bir neçə gün qaldıqdan sonra uşağın qəfildən
vəziyyəti pisləşib və o dünyasını dəyişib. Üzeyir Hüseynov bu gün dəfn
olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.