Bakı-Qazax magistral avtomobil yolunun 435-ci km-də Tovuz rayonu ərazisində "Mercedes markalı minik avtomobili ilə "MAN markalı yük avtomobilinin toquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə zamanı "Mercedes markalı minik avtomobilinin sürücüsü, 1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlu vəfat edib. Həmin maşında olan sərnişin - Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Romanova Oksana Andrey qızı yaralı halda Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, "Mercedes markalı avtomobildə olanlar Dövlət Gömrük Komitəsinin əməkdşaları olub.
Faktla bağlı araşdırmalara başlanılıb.