Bakıda ana iki azyaşlı övladı ilə birgə itkin düşüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  hadisə Suraxanı rayonunda qeydə alınıb. Rayon sakinləri - 1997-ci il təvəllüdlü Məhbubə Hüseynovanın azyaşlı qızları, 4 yaşlı Səltənət və 3 yaşlı Xədicə ilə birgə itkün düşmələri barədə polisə məlumat daxil olub.
Daxil olan məlumat əsasında axtarışlara başlanıb.