Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ağır bədən xəsarətləri alan iki qadının adı məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, rayonun Qarasu kəndi ərazisində hərəkətdə olan "Tayota" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə Ağdam rayon sakini Nahidə Həsənova və Bakı şəhər sakini Sima Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan bildirilib ki, yaralılardan S.Həsənovanın vəziyyəti ağırdır.

***11:10

Hacıqabulda 2 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistralının rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı 2 nəfər xəsarət alıb. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.