Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərinin Nizami rayonunda 1 nəfərin intihar etmək məqsədi ilə beşmərtəbəli binanın 5-ci mərtəbəsinin damına çıxması barədə məlumat daxil olub.
FHN-dən unikal.org-a verilən xəbərə görə, dərhal hadisə yerinə Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb, vətəndaş aidiyyəti üzrə təhvil verilib.