Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Regional Elektrik Şəbəkəsinə məxsus avotomobilin yandırılması ilə bağlı məlumat yayıb.
Unikal.org-un DİN-in saytına istinadən verdiyi məlumata görə, nazirlikdən bildirilib ki, avqustun 22-də Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən kafelərdən birində şəhər sakini Sərvər Məmmədov xuliqanlıq zəminində Lənkəran Regional Elektrik Şəbəkəsinin nəzarətçi mühəndisinə stəkan atıb, kafenin qarşısında olan şəbəkəyə məxsus "Mercedes markalı avtomobilin üzərinə benzin tökərək onu qismən yandırıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Məmmədov saxlanılıb.