Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Küncüt meşəbəyliyinin 2 saylı meşə dolayının tinklik ərazisində yağın hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, bu barədə report-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, bələdiyyə torpaqlarında başlayan yanğın sonradan güclü külək nəticəsində meşə ərazisinə keçib. Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN və FHN-in yerli qurumlarının əməkdaşları cəlb olunub.

Yanğın zamanı, əsasən quru ot və kol örtüyünə ziyan dəyib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.