Rusiyaya məxsus "Su-27" qırıcısı təyyarəsi Baltika dənizi akvatoriyasının səmasında ABŞ-ın Hərbi Hava Qüvvələrlərinə məxsus RC-135 kəşfiyyatçı təyyarəsini yaxalayıb.
Unikal.org-un Report-a istinadən məlumatına görə, bu haqda "CNN" telekanalı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Su-27 təxminən RC-135-i hətta 15 metr məsafəyə qədər təqib edib. Telekanal əlavə edir ki, ABŞ-ın Avropadakı silahlı qüvvələri komandanlığının nümayəndəsi Denni Ernandesi Amerika təyyarəsinin neytral suların üzərində uçduğunu, Rusiyanın hava məkanına daxil olmadığını iddia edib.
"Bir pilotun təhlükəli və qeyri-peşəkar hərəkətləri ölkələr arasında gərginliyin lazımsız eskalasiyasına gətirib çıxara bilər", - deyə televiziya şirkəti Ernandesin iddiasından sitat gətirib.