Abşeron rayonunda körpənin üzərinə televizor düşməsi nəticəsində ölüb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, 2016-ci il təvəllüdlü Zeynalova Səma valideyn nəzarəti olmadan televizora toxunub. Nəticədə televizor körpənin üzərinə aşıb.
S.Zeynalova 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib.
Fakt araşdırılır.