Yapon alimi Kazuye Yamaqaşi tərəfindən şəxsi gigiyena sahəsində inqilabi kəşf edilib. O, dişlərdə olan çat və boşluqları bağlayan, həmçinin diş minasını bərpa edən yeni diş məcunu hazırlayıb. Yeni məcunun tərkibi diş emalı ilə eynidir.
Material dişlərin əsas kompanenti olan hidroksil-apatit üzərində aparılan eksperimentlər nəticəsində əldə edilib. Əvvəlcə maddənin tərkibində olan turşu dişin çatlamış emalını yüngülcə əridir. Daha sonra isə məcunun kristallaşması nəticəsində əmələ gələn süni material təbii emalın strukturuna möhkəm uyğunlaşır.
Yapon stomatoloqları tərəfindən aparılan testlər nəticəsində məlum olub ki, yeni diş məcunu vasitəsi ilə müalicə olunan dişləri mikroskop altında belə sağlam dişlərdən fərqləndirmək qeyri-mümkündür.