Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev bildirilib. 

Məlumata əsasən, bir qədər əvvəl Heydər Əliyev prospektində, metronun "Koroğlu" stansiyası istiqamətində əsas yolda "Prado markalı nəqliyyat vasitəsi aşıb. Hazırda prospektin həmin hissəsində sıxlıq var.