ABŞ prezidenti Barak Obama Ağ evin kommunikasiya üzrə direktoru Cennifer Psakinin 9 aylıq qızı Jenevyeve Meçerə bir neçə dəqiqə ayırıb.
 
Unikal.org Modern.az-a istinadən bildirir ki, prezidentin kabinetində Obama dizi üstə çökərək qızla birgə şəkil çəkdirib.

Demokratlar Partiyasının funksioneri Qreqori Meçerlə nikahda olan Psaki uşağı 2015-ci avqustunda dünyaya gətirib.

O, Ağ evin kommunikasiya üzrə direktoru vəzifəsini 2005-ci il aprelin 1-dən tutur. Psaki həmin vəzifədə fevralın 5-də istefasını elan edən Cennifer Palmeri əvəzləyib.  

Psaki 2013-cü ilin fevral ayından ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi olub. Buna qədər isə 2009-2011-ci illərdə ABŞ prezidentinin kommunikasiya üzrə köməkçisi işləyib.  

Obamanın ilk prezidentlik kampaniyası dövründə - 2008-ci ildə Psaki onun səyahətlərində mətbuat katibi, sonra isə Ağ evin mətbuat katibinin müavini olub.