Azərbaycanlı içərisində 20 ton bananın olduğu yük maşınını qaçırıb

Rusiyanın Sankt-Peterburq vilayətində içərisində 20 ton bananın olduğu yük maşını qaçırılıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, qoşqusu olan "Volvo" markalı avtomobilin 57 yaşlı azərbaycanlı tərəfindən qaçırıldığı bildirilir.
Hazırda yerli polis əməkdaşları tez xarab olan yükü və onu oğurlayan şəxsi axtarır. Qaçırılan malın dəyəri dəqiqləşdirilir.