Tovuzda piyadanı vuran avtomobil hadisə yerindən qaçıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.
Kənd sakini, 1950-ci il təvəllüdlü İsmayılova Cəmilə Tapdıq qızı yaşadığı evin qarşısında markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub. Xəsarət alan piyada dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.