Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Borjomi-Xaraqulsk qoruğunda yanğınların söndürülməsində iştirak edən helikopterlərin ekipajı ilə görüşüb.
Unikal.org-un apa-ya istinadən məlumatına əsasən, baş nazir Gürcüstan, Azərbaycan, Türkiyə və Belarusdan olan pilot və ekipajlara təşəkkür edib.
G.Kvirikaşvilinin sözlərinə görə, təbii fəalkətlə birgə mübarizə humanizm, dostluq və tərəfdaşlığın ən bariz nümunəsidir.
Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.