Masallıda 8 yaşlı oğlan göldə batıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Mahmudavar kəndində qeydə alınıb. Kənd sakini 2009-cu il təvəllüdlü Elməddin Abdul oğlu Abdullayev yaşadığı evin yaxınlığında kiçik bir göldə, valideynlərindən xəbərsiz çimmək istəyib. Göl dərin olduğundan o, orada batıb. Qardaşının hadisə barədə dərhal valideynlərinə xəbər verməsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. 

Azyaşlının meyiti yaxınları tərəfindən sudan çıxarılıb.