Rusiyanın Sverdlovsk vilayətinin Nijni Taqil şəhərində "Uralvaqonzavod müdafiə sənayesi müəssisəsində yanğın baş verib.

Unikal.org Ruisiya mətbuatına istinadən verdiyi xəbərə görə, zavodun rəngləmə sexində başlayan yanğın 80 kvadrat metr ərazini əhatə edib.

Yanğının qarşısının alınması üçün hadisə yerinə yanğınsöndürmə briqadaları və texnika cəlb olunub. Hazırda yanğın lokallaşdırılıb. 

İlkin məlumata əsasən, hadisə nəticəsində zərərçəkən olmayıb.