Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 233 nəfərə çatıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu haqda Ekvadorun prezidenti Rafael Korrea məlumat verib.
Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb, ən azı 588 nəfər yaralanıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə Ekvadorun Prezident Administrasiyasının "twitter" səhifəsində məlumat verilib.
"Hazırda ölənlərin sayı 77 nəfərə çatıb, 588 nəfər yaralanıb", - deyə məlumatda bildirilir.
Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb, ən azı 588 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Ekvadorun Prezident Administrasiyasının "twitter" səhifəsində məlumat verilib.
"Hazırda ölənlərin sayı 77 nəfərə çatıb, 588 nəfər yaralanıb", - deyə məlumatda bildirilir.
----------
09:05
Ekvadorda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində 41 nəfər ölüb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu ölkənin vitse-prezidenti Xorxe Qlas açıqlayıb. Onun sözlərinə görə, qurbanlarının sayı arta bilər.
Daha öncə 28 nəfərin öldüyü bildirilirdi.
Yeraltı təkanlar UTC vaxtı ilə 23:58-də qeydə alınıb. Zəlzələnin ocağı 20,2 km dərinlikdə yerləşib. Episentr Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə olub.