Dəfələrlə nazirləri tənqid etdiyim ücün üstümə gəliblər. Yazmamağımı istəyiblər, amma yazmışam .Cünki kasıbların qanını soran bu məmurları bağışlamaq olmaz. Öz millətinin kasıbına yuxardan aşağı baxanı Allah da bağışlamaz.
Yazanda ki, bunlar rüşvətxorun yekəsidir, deyirlər ki, filan naziri təhqir etməyin, yazanda ki, bunlar korrupsiyaya bulaşmış ac canavarlardır, deyirlər, səni tutacaqlar.
Nəhayət ki, yazdıqlarım gec də olsa, öz təsdiqini tapdı. Cünki haqq və ədalət gec də olsa, özünü isbat edir. Hamımıza məlumdur ki, prezident İlham Əliyevin tapşırığı ilə Administrasiya rəhbəri Ramiz Mehdiyev korrupsiya ilə bağlı geniş tərkibdə iclas kecirib və nazırlərin iç üzünü ortaya qoyub. Bizdə olan bilgilərə görə, iclas yetərincə sərt kecdiyindən orada olan komitə sədrlərindən birinin ürəyi sıxılıb. Hətta şəkəri qalxdığından foyeyə cıxarılanlar da olub.
Acığı, belə sərt iclasların kecirilməsi vacıbdən vacibdir. Cünki ən azından kasıb təbəqənin qənimi kəsilmiş KƏRƏMLƏR, MİSİRLƏR, ƏLİLƏR , VƏLİLƏR ücün də dərs olar. Amma nədənsə bu gün cəmiyyətdə belə bir rəy formalaşıb ki, bunların tənbeh olunması ötəridir. Həqiqətən də, belə olur birdən... Dəfələrlə şahidi olmuşuq ki, nazirlər tənqid olunur və üstündən az müddət kecmiş yenə öz cirkin əməllərilə məşğul olurlar. Cünki bunların xəmiri belə yoğrulub, xəmiri! Təlaş icərisində olan nazirlərimiz indi oturub gözdən pərdə asmaq ücün bir kollegiya iclası keçirir, sağda-solda fırlanan vəzifəcə lap kicik işcilərini (adamı olmayan, himayəsiz də demək olar - A.R.) işindən azad edir və bununla da guya rüşvətə son qoyurlar.
Ancaq hər şey siz fikirləşdiyiniz kimi deyil, cənablar! Sizlər yenə də kasıb təbəqəni ələ salıb aldadırsınız, vəssalam. Cünki rüşvəti sizlər alırsınız, sizlər istefa verib getməlisiniz ki, sizlərdən canı qurtarsın bu kasıb təbəqənin.
Amma nədənsə indi onlar oturduqları KRESLOnu təhvil vermək istəmirlər. Bu gün ölkənin göysatanından bina tikəninə kimi hamı narazıdır. Bu narazılığın da axırı İNQİLABdan başqa bir şey deyil. Hətta elə məmurlar var ki, prezidentin belə tapşırığına məhəl qoymurlar. Başqa cür desək, elə bir məmur təbəqəsi formalaşıb ki, onları sadəcə, belə adlandırmaq olar- YALQUZAQLAR.
Bu gün biz, mətbuat nümayəndəsi olaraq, bir neçə qurumu cıxmaq şərtilə informasiya almaq imkanından məhrumuq. Kimdi bu imkanı əlimizdən alanlar? Bu millətə, bu dövlətə söz azadlığına barmaq arasından baxan kəslər! Ancaq nədənsə onlar bilmirlər ki, bizim kimi kasıb təbəqənin haqqını yeyə-yeyə harınlayıblar. İndi guya ki, xalqın haqlı narazılıqlarını nəzərə alıb korrupsioner məmurlara təpindilər. Və bu təpki ictimaiyyət tərəfindən bəyənildi. Amma üstündən heç üc gün kecməmiş kasıb təbəqənin belinin yenidən qırdılar. Tarif Şurası yenə ölkədə qiymət artımı etdi. Yenə yanan və yanılan kasıb təbəqə oldu və əziyyəti də heç şübhəsiz, onlar cəkəcək. Bu gün suyun, nəqliyyatın qiyməti qalxırsa, deməli, yanacağın, cörəyin, digər kommunal xərclərin də artmasını gözləmək lazımdır.
Əgər kimsə deyirsə ki, yanacağın qiyməti artmayacaq, deməli, yalan vəddir. Bu gün cəmiyyət qorxu icərisində yaşayır, çünki onu bu ölkənin polisi şantaj edir, prokuroru yersiz yerə cınayət işi açıb haqsız yerə həbsə atır. Xalqı aldadırlar, özləri də ərəb ölkələrindəki adalarında KAYFA baxırlar.
Amma bunun müvəqqəti olduğunu hələ də dərk etmirlər. Bir zamanlar "konkret olaraq rədd olun" deyənlərin taleyini sabah da bunların özlərinin yaşayacağına heç kəs şübhə edə bilməz. Yəqin ki, təkcə özlərindən başqa.
Digər Xəbərlər
2025-02-26 18:59:03

2025-02-26 18:57:30

2025-02-26 18:57:18

2025-02-26 18:47:58

2025-02-26 18:35:21

2025-02-26 18:33:32
.jpg)
2025-02-26 18:31:01

2025-02-26 18:24:13

2025-02-26 18:17:31
2025-02-26 18:12:31

2025-02-26 18:06:04
.png)
2025-02-26 18:00:47

2025-02-26 17:44:04

2025-02-26 17:28:54

2025-02-26 17:17:17
2025-02-26 17:13:56

2025-02-26 17:00:46

2025-02-26 17:00:00

2025-02-26 16:46:18

2025-02-26 16:30:00
