Cənubi Afrika Respublikasında baş verən ağır yol qəzasında hakim Afrika Milli Konqresinin 11 üzvü ölüb, 59-u xəsarət alıb.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, xəsarət alanlardan 21 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.
Partiya üzvlərini daşıyan avtobus qəflətən idarəetməni itirərək yoldan çıxıb və aşıb. Hadisənin başvermə səbəbləri hələ ki, məlum deyil.
Aprelin 17-də Port-Elizabet şəhərində prezident Ceykob Zumanın iştirakı ilə ölkədə avqusta yerli orqanlara keçiriləcək seçkilərlə bağlı mitinq keçirilib. Qəzaya düşən AMK-üzvləri tədbir iştirakçıları arasında olublar.
Rəsmi məlumatlara görə, 2015-ci ildə CAR-da yol-nəqliyyat hadisələri nəticəsində 4500 nəfər ölüb.