Belsarusun "Belsat" televiziya kanalında işləyən jurnalist məhkəmə təqibinə etiraz əlaməti olaraq ağzını tikib.
 
Unikal.org-un Modern.az-a istinadən verdiyi xəbərə görə, yerli Qomel məhkəməsi jurnalisti 7,5 milyon rubl (250 avroya yaxın) cərimələyib.

O, evə qayıdandan sonra etiraz əlaməti olaraq ağzını tikib.

Konstantin Jukovski, beləliklə Belarusdakı söz azadlığı probleminə diqqəti cəlb etmək istəyib.

O, bununla "qanunsuz KİV materialı hazırladığına görə" 7-ci dəfədir məhkəmə tərəfindən cərimələnir.

Müstəqil "BelaPAN" agentliyinin məlumatına görə, jurnalistin cərimləndiyi ümumi məbləğ 80 milyon rubla yaxın (3,5 min avroya qədər) edir.

Konstantin Jukovskinin işlədiyi "Belsat" kanalı Varşavadan yayımlanır. Belarus ərazisində işləməsi üçün onun ölkənin Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməsi lazımdır. Jurnalistin isə belə akkredatisiyası yoxdur.

"Belsat"ın indiyədək Belarus hakimiyyətinə akkredatisiya ilə bağlı dəfələrlə müraciət etməsinə baxmayaraq, nəticəsi olmayıb.