Sibir Federal Universitetinin alimləri Tomsk Politexnik Universitetindən olan həmkarları ilə birlikdə meşədə, adada və s. yerlərdə itmə probleminin innovativ həllini təklif ediblər. Onlar mikroelektromexanik sistemləri texnologiyası əsasında yaradılmış xüsusi ayaqqabı icad ediblər.
Unikal.org bildirir ki, ayaqqabının üzərində ötürücülər yüksək dəqiqliklə şəhərdə və meşədə insan yerini müəyyənləşdirməyə imkan verir. Bu zaman ayaqqabının üzərində hər hansı bir antenna vericiləri yoxdur, - bu vacibdir, çünki perspektivdə QLONASS və GPS istifadə etmədən itmiş adamın yerini şəbəkə olmayan yerdə də müəyyənləşdirmək olacaq.
Universitetin mətbuat xidmətindən qurğuların iş prinsipini izah ediblər. Belə ki, ötürücü blok ayaqda, əldə, sinədə, kürəkdə, beldə və ya istifadəçinin başında ola bilər. Blokun ən səmərəli yerləşməsi isə əsasən ayaqqabı sayılır.
Alimlər artıq möcüzə-ayaqqabını test ediblər və bildirirlər ki, ola bilsin gələcəkdə o, hətta hərbiçiləri, xilasediciləri, geoloqları da maraqlandırsın. Bundan başqa, belə ötürücülər şəhər mühitində də yararlı ola biləcək - məsələn, görmə qabiliyyəti itmiş insanın istifadəsi zamanı, əgər o, gözdən itərsə, yaxınları onu tez tapa biləcəklər.(publika.az)