Çinin "Huawei Technologies" şirkəti Azərbaycanda ilk şəbəkə akademiyasını açır.
 
Unikal.org xəbər verir ki, bunu Trend-ə şirkətin Azərbaycan nümayəndəliyindən deyiblər.
 
"Huawei Technologies" şirkətinin şəbəkə akademiyasının proqramının əsas məqsədi telekommunikasiya sahəsində yüksək peşəkar kadrların hazırlanmasıdır.
 
Şirkətdən bildiriblər ki, Huawei Technologies-in şəbəkə akademiyası mayda fəaliyyətə başlayacaq: "Layihə "Softline" şirkəti ilə birlikdə reallaşdırılacaq".
 
Perspektivdə şəbəkə akademiyalarının Azərbaycan Texniki Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində açılması nəzərdə tutulur.
Hazırda şəbəkə akademiyası Naxçıvan Muxtar Respublikasındakı Naxçıvan Universitetində fəaliyyət göstərir.