Keçmiş millət vəkili, şair Sabir Rüstəmxanlı ATV-də yayımlanan "Geriyə baxanda" verilişinin qonağı olub.
Unikal.org-un Axşam.az-a istinadən məlumatına görə, şair övladlarından bəhs edib:
"Dörd övladım var: 2 qız, 2 oğlan. Üçü ailəlidir, övladları var. Beş nəvəm var. Balaca qızım Aydanı efirdə göstəriblər, bəyəniblər. Aprelin 25-də toyudur".
Aparıcı Günay Firudinqızının övladını müğənni Elçin Cəfərova ərə verməsi ilə bağlı "Niyə müğənni ilə ailə qurmasına icazə verdiniz?" sualına S.Rüstəmxanlı belə cavab verib:
"Uşaqlarımın seçiminə hörmətlə yanaşmışam. Onun həyatıdır, müdaxilə edə bilmərəm. Əlbəttə hər ata və ananın uşaqla bağlı düşüncəsi olur. Amma Allahın yazısına heç nə deyə bilmərdim".
Qeyd edək ki, bir neçə gün əvvəl E.Cəfərovla Aydanın qız toyu olub.