Bakıda 46 yaşlı kişi küçədə ölüb.
Unikal.org xəbər verir ki, hadisə Yasamal rayonu Z.Əhmədbəyov küçəsində baş verib. 1971-ci ildə anadan olmuş Salmanov Əliheydər Faiq oğlu küçədə hərəkətdə olarkən halı qəfil pisləşib və yıxılıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun vəfat etdiyini dəqiqləşdirib.
İlkin məlumata görə, Ə.Salmanov ürək tutmasından vəfat edib.