Siyəzən rayonunun Zarat kəndi ərazisində VAZ markalı minik avtomobili ilə "Niva markalı minik avtomobili toqquşub.

Unikal.org-un FHN-in saytına istinadən veridiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olduqdan sonra Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

Xiasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.