Bakıda usta barter etmək adı ilə bir nəfəri aldadıb.

Unikal.org xezerxeber-ə istinadən xəbər verir ki, zərərçəkmiş iddia edir ki, usta ona ''opel'' markalı avtomobil verəcəyini deyib, ''vaz-2106'' markalı maşınını və 200 manat pulunu əlindən alıb aradan çıxıb.

Avtomobilini barter etmək istəyən şəxsi aldadıblar. Hadisə paytaxtın Binəqədi rayonu 28- may qəsəbə sakini Ramin Şükürovun başına gəlib. Zərərçəkmişin sözlərinə görə, ona qarşı fırıldaqlıq edən Mais Əzizov onların qəsəbəsində avtomobil təmiri sexində usta kimi işləyib. İki ay əvvəl Mais Əzizov Ramin Şükürovla avtomobillərini barter etmək məqsədi ilə razılığa gəliblər.

Ramin Şükürov deyir ki, həmin vaxt o, həm ''35-BD-802'' dövlət nömrə nişanlı ''vaz-2106'' markalı avtomobilini həmdə 200 manat pulunu Mais Əzizova verib...Zərərçəkmiş avtomobilini verərkən nəqliyyat vasitəsinin sənədlərini də təqdim edib.

Ramin Şükürov iddia edir ki, usta bu şəkildə qəsəbədə bir neçə vətəndaşa ziyan vurub. O, hər gün bir neçə dəfə Mais Əzizova zəng vursa da telefonuna zəng çatmır.

Məsələ ilə bağlı Ramin Şükürov ərazi üzrə Binəqədi rayonu 40-cı polis bölməsinə məlumat verib. Bölmədən verilən məlumata görə, həmin şəxsin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində araşdırma aparılır.