Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

Unikal.org xəbər verir ki, hadisə gecə saatlarında Ağsu- Kürdəmir-İmişli yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. Kürdəmir rayon sakini, 1966-ci il təvəllüdlü Oruc Ələkbər oğlu Ələkbərov idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yolu keçən piyada Ucar rayonun Bərgüşad kənd sakini, 1990-cı il təvəllüdlü Ceyhun Hüseyn oğlu Mehbudovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.