Tovuzda iki polisin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Yuxarı Öysüzlü kəndində Tovuz rayon Polis Şöbəsinə məxsus xidməti avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı maneəyə çırpılıb.

Nəticədə iki polis əməkdaşı, rayon sakinləri - 25 yaşlı Xəyal Məmmədov və 26 yaşlı Arzu Qəhrəmanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.