Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Lənkəran şəhər təşkilatının sədrinin evinə oğru girib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə avqustun 28-də gecə saatlarında rayonun Sütəmurdov kəndində baş verib.
Belə ki, KXCP-nın Lənkəran şəhər təşkilatının sədri Azad Şəfiyevin evinə oğru girib.
Məlumata görə, evə girən naməlum şəxs A.Şəfiyevin həyat yoldaşını itələyib və o, yıxılaraq başı döşəməyə dəyib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. A.Şəfiyevin həyat yoldaşına ilkin tibbi yardım göstərilib. Səs-küy yarandığını görən naməlum şəxs heçnə oğurlaya bilmədən qaçıb.
Faktla bağlı araşdırmalara başlanılıb.