"ARB Şəki" televiziyasının Xəbərlər xidmətinin müxbiri İlqar Səmədov qəzaya düşüb.
Unikal.org report-a istrinadən xəbər verir ki, həmkarı Pərviz İmranoğlu məlumat verib.
Onun sözlərinə görə, hadisə avqustun 29-da axşam saatlarında Şəki rayonunun Orta-Zəyzid kəndi ərazisində qeydə alınıb: "Belə ki, 1990-cı il təvəllüdlü İlqar Yaşar oğlu Səmədov idarə etdiyi 10-LD-533 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən əyləc sistemində yaranmış nasazlıq nəticəsində qarşıdan gələn "VAZ-2106" markalı avtomobillə toqquşub. Qəzadan sonra hər iki sürücü Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti orta-stabil olaraq qiymətləndirilir".
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 27 yaşlı İlqar Səmədov 5 ildir "ARB Şəki" televiziyasında müxbir-aparıcı kimi fəaliyyət göstərir.