Moskvada Çeçen əsilli biznesmen, Federasiya Şurasının sabiq üzvü Umar Cəbrayılov hoteldə həbs olunub.

Unikal.org bakıpost-a istinadən xəbər verir ki, Moskvanın mərkəzində qaldığı "Four seasons hotelində tavana atəş açan Cəbrayılov hər kəsə qorxulu anlar yaşadıb.

Hotelə çağrılan polis biznesmeni həbs edib. Cəbrayılovun açıqlaması isə hər kəsi təəccübləndirib. Belə ki, milyoner dişi ağrıdığı üçün yata bilmədiyini və bu addımı atdığını deyib. Ona tibbi yardım göstərilib.

Polis onun hadisə zamanı sərxoş olub-olmadığını da araşdırır.