Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbçilərin ailələri mənzillə təmin olunacaq.

Unikal.org oxu.az-a istinadən bildirir ki, bu barədə ANS TV-nin "Hesabat" verilişində Mir Şahinin qonağı olmuş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Səlim Müslümov yeni qəbul edilmiş qanunda onların evlə təmin olunmasının bütün şərtlərinin öz yerini tapdığını vurğulayıb.

O, şəhid və yaralıların ailələrinə göstərilən digər güzəştlərdən və nəzərdə tutulan yeniliklərdən söz açıb:

"Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamına əsasən, şəhid ailələri üçün Prezident Təqaüdü müəyyənləşdirilib. Və bu gün Azərbaycan Respublikasında bu ölkənin torpaqları uğrunda gedən döyüşlərdə həlak olan şəxslərin ailə üzvlərinə 220 manatlıq ayrıca təqaüd verilir. Bu məbləğ Milli Qəhrəmanlar üçün min manat təşkil edir", - deyə Səlim Müslümov bildirdi.