Tanınmış müğənni Sinan Özən evlənir.

Unikal.org azvision.az-a istinadən bildirir ki, toy mərasimində 500 nəfər qonaq iştirak edəcək.

Uzun illərdir əczaçı işləyən Burcu Kartalla evlənməyə hazırlaşan Sinan Özən 22 mayda Ataşehir Şeraton-da nikah masasına əyləşəcək. Keçən il iyun ayında nişanlanan cütlüyün toyunda sənət, siyasət, idman və biznes sahəsindən qonaqlar iştirak edəcək.

Sinan Özenin nikah şahidliyini Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək. Toy xəbərini təsdiqləyən məşhur müğənni "ürəyimlə bəhsə girdim, o qazandı" deyib. Cütlük toydan sonra İtaliyaya uçaraq Como gölü kənarında bal ayı keçirəcək.