Rusiyanın ən zəngin iş adamlarından biri, Xabarovsk şəhərində yaşayan milyarder İqor Neklyudovun nəvəsi, qalmaqallı videoları ilə tanınan Qriqori Mamurin bu dəfə sosial şəbəkələrdə "Başqasının qadınını axşam üçün satın aldım" adlı video paylaşıb.
Unikal.org milli.az-a istinadən xəbər verir ki, video Moskva şəhərində çəkilib. Sosial şəbəkələrdə "Gregory Goldsheid" niki ilə tanınan Q.Mamurin ağ rəngli Mercedes avtomobilini şəhərin ucqar məhəllələrindən birinin həyətində saxlayıb.
Bu zaman yoldan ərlə arvad keçir.
Mamurin ərə yaxınlaşır və ona "Arvadınla bir gecə keçirmək istəyirəm, 150 min rubl verirəm" deyib.
Ərin ilkin reaksiyası qəzəbli olub, uzun çək-çevir, mübahisə başlanıb. Di gəl sonda o, arvadını Mamurinə bir gecəlik "güzəştə gedib".
"Amma bir şərtlə: 150 min azdır, 250 min rubl verməlisən", - ər deyib, Mamurin də razılaşıb və həmin kişinin arvadını maşınına oturdaraq olay yerindən uzaqlaşıb.