"Hyperloop vakuum qatarı layihəsinin gerçəkləşməsinə az qalıb.
Unikal.org aznews.az-a istinadən xəbər verir ki, layihənin rəhbəri Elon Mask qatarın prototipini nümayiş etdirib.
Futuristik layihə icra olunacağı təqdirdə insanları bir məntəqədən digərinə saatda 804 kilometr sürətlə çatdırmaq mümkün olacaq. Bu, Bakıdan Qazaxa, təxminən, 1 saata gedib-qayıtmaq deməkdir.
Layihə yerüstü nəqliyyat sahəsində 100 ilin ən böyük uğuru hesab olunur.
"Hyperloop şirkəti ilə artıq müqavilə bağlayan ölkələr də var. Belə ki, BƏƏ hökuməti paytaxt Əbu-Dabidən Dubaya olan məsafəni minimuma endirmək üçün cidd-cəhdlə çalışmağa başlayıb.
Qeyd edək ki, iki şəhər arasında məsafə 120 kilometrdir. "Hyperloopla bu məsafəni 8 dəqiqəyə qət etmək mümkün olacaq.