Space TV əməkdar artist Abbas Bağırova qadağa qoyub.

Unikal.org-un məlumatına görə, bu barədə müğənninin özü sosial şəbəkədə məlumat yayıb.

Abbas qeyd edib ki, efirə 5 dəqiqə gecikdiyi üçün verilişə buraxılmayıb:

"Bu gün saat 09:30-da canlı yayımda olmalı idim. Düz 5 dəqiqə gecikdim. Space TV-nin qeyri-peşəkar işçisi mənə dedi ki, siz gecikmisiniz, mənə tapşırılıb və sizi verilişə buraxmıram.

Bunu mənə Space TV-nin qapısında dayanan insan dedi. Lap yaxşı, bundan sonra mən Space TV-yə çıxmayacağam. Bu mənim qərarımdır. Onu da deyim ki, mən bu günə kimi heç bir televiziya verilişinə gecikməmişəm".