Somalinin şimal-şərqində baş vermiş partlayış nəticəsində ən azı 12 nəfər həlak olub.
Unikal.org-un məlumatına görə, partlayış cümə günü Puntlend rayonunun yaşayış məntəqələrinin birində baş verib. Həlak olanlar arasında hərbçilər və dinc sakinlər var.
Partlayışa görə məsuliyyəti "əl-Qaidə"yə bağlı "əş-Şabab" qruplaşması öz üzərinə götürüb.