ATV-nin aparıcıları Zaur və Günay Baxşəliyevalar cütlüyü həftə sonu bölgələrdə istirahət edib.

Unikal.org milli.az-a istinadən xəbər verir ki, onlar Gəncə və Mingəçevirdə olublar. Fotolarını sosial şəbəkədə paylaşan Zaur Baxşəliyev təəssüratlarını bölüşüb: 

"Yaşlı vaxtımı hər zaman sakit bir kənddə keçirmək istəmişəm. Yaşlandıqca kənd məni özünə dartır. Fələkdən heç nə diləmirəm. Bir camal otağım, içində mərmər hovuzum, gözəl bağça-bağım, xoş üzlə gələn qonağım, kabablar çəkilə sizə..."

Zaur bəzi məkanlarda qiymətlərin bahalığından şikayət edib.