Qoşunların təmas xəttində meyiti aşkar edilən əsgərimiz olduğu ehtimal edilən şəxsin kimliyi barədə məsələ Dövlət Komissiyasının diqqət mərkəzindədir.
Unikal.org xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupundan deyilib.
Komissiyadan qeyd edilib ki, araşdırmaların nəticəsi barədə Kütləvi İnformasiya Vasitələrinə (KİV) məlumat veriləcək.
Xatırladaq ki, bir neçə gün öncə Ermənistan tərəfi işğal olunmuş ərazidə bir azərbaycanlı hərbçinin meyitinin aşkar edilməsi barədə məlumat yaymışdı. Azərbaycan tərəfi BQXK-nın vasitəçiliyi ilə hərbçimizin meyitinin alınmasına çalışsa da, Ermənistan tərəfi son anda meyiti Azərbaycan tərəfə verməkdən imtina etmişdi.