"Çox yaxın zamanlarda sosial evlər tikilməyə başlanacaq. Bu il ərzində layihənin həyata keçirilməsi istiqamətində əsas addımlar atılacaq. Ola bilsin ki, sosial evlərin tikintisinə bu ilin axırına yaxın başlansın".
Unikal.org apa-ya istinadən xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib.
 
Baş nazirin müavini qeyd edib ki, sosial evlərin inşası ilə aztəminatlı əhali yaxşı şərtlərlə ev sahibi olmaq imkanı qazanacaq: "Azərbaycanda evə, mənzilə ehtiyacı olan əhali kateqoriyası çoxdur. Azərbaycanda əhali yüksək dinamika ilə artır. Evlənənlər çoxdur, onların mənzillərə ehtiyacı var".