Rusiyada indiki hakimiyyət dəyişməyəcəyi təqdirdə ölkənin parçalanması daha ciddi forma alacaq.
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski söyləyib. Onun sözlərinə görə, hansı ssenarinin reallaşmasından asılı olmayaraq, Rusiya indiki sərhədlərinə bir daha sahib olmayacaq:
"Biz ki tarixdən 1917 və 1991-ci illərdə nələrin baş verdiyini xatırlayırıq. Mərkəzi hökumət zəifləyəndə imperiya parçalanır. 1917-də Finlandiya və Polşa Rusiyadan ayrıldı. Sonradan bolşeviklər müəyyən yollarla imperiyanı saxlamağa çalışdılar. 1991-ci ildə isə SSRİ dağıldı. İndi Putin bütün postsovet məkanına rus dünyası ideyasını sırımaq istəyir. Bu ideya isə artıq nə Ukrayna, nə Mərkəzi Asiya, nə Qafqaz, nə də ki Belarusda cəlbedici deyil. Lukaşenko artıq 25 ildir ki, Rusiya elitasına istehza edir".