Amerikalı qadın astronavt Peqqi Uitson kosmos stansiyasındakı vəzifəsini 288 gün sonra tamamlayaraq Yer kürəsinə qayıdıb.

Unikal.org Azərtac-a istinadənxəbər verir ki, 57 yaşlı astronavt iki həmkarı ilə birgə "Soyuz kosmik gəmisi vasitəsilə Qazaxıstanda eniş edib.

P.Uitson missiyasını yerinə yetirərkən, ümumilikdə, 665 gün kosmosda qalıb. Bununla da o, "kosmosda ən uzun müddət qalan amerikalı və "kosmosda ən uzun müddət qalan qadın olub.

Kosmosda ən uzun müddət qalma rekordu isə rusiyalı kosmonavt Gennadi Padalkaya məxsusdur - 879 gün.

Uitson ilə birlikdə amerikalı astronavt Cek Fişer və rusiyalı kosmonavt Fyodor Yurçixin də kosmik səyahəti başa vuraraq geri qayıdıblar. Yurçixinin beş ayrı səyahətdə, ümumilikdə, 673 gün kosmosda qaldığı bildirilir.

"Kosmosa səyahət edən ən yaşlı qadın olan 57 yaşlı Uitson, eyni zamanda, "kosmosa ən çox səyahət edən qadındır.