Şimal bölgəsinə yağan yağışlar Quba rayonunda ciddi fəsadlarla törədib.
Unikal.org anspress-ə istinadən bildirir ki, hazırda Qubanın dağ kəndi Xanəgahda olduğunu deyən müxbir bildirib ki, dağlardan gələn güclü sel və ərazidə müşahidə olunan intensiv leysan yağışları Cağacuğ çayında suyun səviyyəsinin artmasına səbəb olub:
"Çayda suyun səviyyəsinin artması yolun dağılmasına və bir qədər yuxarıda yerləşən kəndlərin - yuxarı Xanəgah, Zıxır, Girdah kəndlərinin sakinlərinin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib.
Quba icra başçısının əmri ilə əraziyə texnika göndərildiyi deyilsə də hələ ki ərazidə heç bir texnika görünmür. Rayon Fövqalədə Hallar Komisiyası selin vurduğu fəsadın tezliklə aradan qaldırılacağı bildirilib".