Qatırquyruğu son günlər adını tez-tez eşitdiyimiz bir bitkidir. Uzunluğu 25-60 sm, saplağı 3-6 mm olan bu bitki nəmli torpaqda, tarla aralarında, bataqlıq yerlərdə yetişir. Çoxillik bitkidir. Acı maddə, saponin, tanen, silisik turşu, müxtəlif spirtili maddələr və kalium ehtiva edir.
 
Unikal.org qatırquyruğu və faydaları haqqında ətraflı məlumatı təqdim edir.
 
Faydaları
 
Revmatizm və nikris şikayətlərini azaldır
Yaraların və kəsiklərin yaxşılaşmasını sürətləndirir
Qanı təmizləyir
Həzm sistemini gücləndirir
Bədən müqavimətini artırır
Saçları qidalandırır və kəpəyin qarşısını alır
Ağız və badamcıq iltihablarında faydalıdır
Böyrəkləri təmizləyir və böyrəklərdə yaranan qum və daşları tökməyə kömək olur
Xroniki öskürəyə faydalıdır
Bəlğəm və sidikqovucudur
 
 
Nə zaman istifadə oluna bilər?
 
Qatırquyruğu otunun ən əhəmiyyətli xüsusiyyəti bədəndə yığılan maye və ödəmləri orqanizmin mineral tarazlığını pozmadan xaric edə bilməsidir. Digər faydaları isə…
 
Böyrək, sidik yolları və öd kisəsi iltihabında müvəffəqiyyətlə istifadə edilə bilər.
Yüksək nisbətdə ehtiva etdiyi silisium turşusu sayəsində ağciyər xəstəlikləri, toxumalar, dəri, saç və dırnaqlarla əlaqədar narahatlıqlarda istifadə edilməsi məsləhətdir.
Bütün dəri xəstəliklərində və gec yaxşılaşan yaralarda kompres, yuma və ya duş qatqısı olaraq istifadə edilə bilər.
Qan dövranı pozulduqda, bədəndə hər hansı qırıqlar səbəbindən qaynaqlanan şişliklər, qıç yaralarından və dəri narahatlıqlarında da istifadə edilə bilər.
Maddələr mübadiləsinin pozulması, revmatizm və bağırsaq xəstəlikləri bir çox digər xəstəliklərin qaynaqlanmasına səbəb olur. Qatırquyruğunun silisik turşu tərkibi olması bu zaman fayda verir. Bu bitki ilə vanna qəbul etmək məsləhətdir.
Bel ağrıları zamanı qatırquyruğu vannası qəbul edə bilərsiniz.
Badamcıq, diş əti və ağız boşluğu iltihabında qarqara etməklə faydasını görə bilərsiniz.
Sidik qaçırma və uşaqların yuxuda sidik qaçırmalarına qarşı çay müalicələri tətbiq oluna bilər.
Prostat böyüməsi və prostat iltihabına qarşı istifadə edilə biləcək bitkilərin ən yaxşısıdır.
 
 
İstifadə qaydaları
 
Qatırquyruğu bitkisinin torpaq üzərində olan hissəsi qurudulub çay və qarqara olaraq istifadə edilə bilər. Ümumiyyətlə, çay kimi içilməsinin bir çox faydalı təsirləri var. Bundan başqa, qatırquyruğu qaynadılan su eqzema, sızanaq, yara, çiban qarşı istifadə edilə bilər. Bu su qarqara olaraq isə boğaz, badamcıq və diş əti iltihablarına qarşı faydalıdır.
 
 
Qatırquyruğu çayının hazırlanması
 
Bir çay qaşığı incə doğranmış qatırquyruğu bir stəkan qaynar suda qaynadılar, üstü bağlı 15-20 dəqiqə dəmləndikdən sonra süzülür. Təzə dəmlənmiş qatırquyruğu çayını gündə 3-4 stəkan ac qarnına, yemək aralarında isti formada içmək məsləhətdir.
 
 
Qatırquyruğu otu arıqladırmı?
 
Bu bitki arıqlama mövzusunda xüsusilə şişi aradan qaldıran və sidikqovucu xüsusiyyəti ilə seçilir. Həddindən artıq natrium qəbulu ilə bağlı olaraq bədənlərini su tutan və ödəmlə bağlı artıq çəkisi olanlar üçün faydalı təsirlərə malikdir.
 
 
Qatırquyruğu otunun zərərləri
 
Heç bir yan təsiri yoxdur. Yalnız ağır ürək və ya böyrək xəstələri həkimlə məsləhətləşərək qəbul edə bilər.