Milli Məclisin deputatı Fazil Mustafa Avropa Şurası Parlament Assambleyasının binasında tavanın damması barədə yazıb. 

Unikal.org xəbər verir ki, Fazil Mustafa bu barədə sosial şəbəkədə qeyd edib.

Deputatın yazdıqlarını təqdim edirik:

"Avropa Şurası Parlament Assambleyasının İPP (Xalq Partiyası) qrupunun açılış iclasında 6 saylı zalın masalarının arasına qoyulmuş vedrə diqqətimi çəkdi. Bu vedrə tavandan sızan yağış damcılarının içinə yığılması üçün qoyulub. Demək, çox da ümidsizliyə səbəb yox. Burada da tikilən binalarında damından içəri yağış suyu yol aça bilərmiş. Yəni Avropa da istənilən zaman dama bilər. Hər ehtimala qarşı Avropaya yönəlik siyasətimizi müəyyənləşdirəndə və buralara gələndə özümüzlə vedrə götürməyi unutmamalıyıq".