Azərbaycan prezidentinin 1980-ci ildə sürdüyü avtomobilin fotosu yayılıb.
Unikal.org-un baku.ws-ə istinadən məlumatına görə, Lipetskdə yerləşən "Qaliçya qora" qoruğunda 1975-ci il istehsallı "Ford Qrenada" avtomobili var. Qoruğun əməkdaşları deyirlər ki, bu avtomobili vaxtında Azərbaycanın indiki prezidenti İlham Əliyev idarə edib.
Sözügedən avtomobili Kanada nümayəndə heyəti 1980-ci Olimpiadasında Moskvaya gətirib. Avtomobili Azərbaycan mərhum prezidenti Heydər Əliyev alıb. İlham Əliyev bu avtomobildə o zaman xeyli vaxt keçirib.
1980-ci illərin ortalarında qoruğun direktoru, qeyri-adi avtomobillərin böyük həvəskarı idi və "Ford Qrenada"nı öz maşınlarından biri ilə dəyişib. Sonra avtomobilin mühərriki və ötürmə qutusu sıradan çıxıb. O vaxtdan maşın qoruqda talvarın yanında dayanır.