İsveçin koalisiya hökumətində Yaşıllar Partiyasını təmsil edən Mehmet Kaplan mənzil-kommunal məsələləri üzrə nazir vəzifəsindən azad edilib.

Unikal.org musavat.com-a istinadən bildirir ki, bu barədə İsveçin baş naziri Stefan Löfven aprelin 18-də keçirdiyi mətbuat konfransında deyib.

Məlumata görə, o, türk "bozqurd"çular və islamçı dairələrlə görüşdüyü, habelə israili faşistlərə bənzətdiyi üçün tutduğu vəzifədən azad edilib. Keçmiş nazir yerli KİV-ə müsahibəsində bildirib ki, İsrail fələstinlilərlə 1930-cu illərdə faşistlər yəhudilərlə davrandığı kimi davranır.

Qeyd edək ki, Mehmet Kaplan Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olması, bir milyon insanın öz ev-eşiyindən qaçqın düşməsi məsələsini İsveç parlamenti və ictimaiyyətinin diqqətinə çatdırıb.