ATV-nin aparıcısı Afaq Gəncəli plastik əməliyyat etdirib. 
Unikal.org axşam.az-a istinadən bildirir ki, o, burnunda üçüncü dəfə əməliyyat olunduğunu bildirib. Bu haqda "ATV maqazin onlarla" verilişində danışan A.Gəncəli deyib: 

"Burnum efirdən böyük görünməyə başladı, özümdə kompleks hiss etdim. Burnumda aşağı düşmə var idi, çünki qığırdaq yoxuydu. Hazırda burnumda olan dəyişiklik məni qane edir".